...

Azərbaycanda nağdsız hesablaşmalar zamanı vergi güzəştlərini tətbiq etmək təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2016 11:50 (UTC +04:00)
Azərbaycanda nağdsız hesablaşmalar zamanı vergi güzəştlərini tətbiq etmək təklif edilir.
Azərbaycanda nağdsız hesablaşmalar zamanı vergi güzəştlərini tətbiq etmək təklif edilir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda nağdsız hesablaşmalar zamanı vergi güzəştlərini tətbiq etmək təklif edilir.

Trend-in məlumatına görə, "Deliotte"nin Azərbaycandakı tərəfdaşı Nuran Kərimov Bakıda keçirilən "Vergi sistemində inkişaf və əməletmə" mövzusunda keçirilən V illik vergi konfransında deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində nağd vəsaitlərlə aparılan əməliyatlarda məhdudiyyətlər mövcuddur: "Biz ödənişin mütləq qaydada yalnız nağdsız formada aparılacağı yerdə konkret tranzaksiyalar müəyyənləşdirməliyik".

N.Kərimov qeyd edib ki, bank hesabından vəsaitin çıxarılmasına da məhdudiyyət qoymaq lazımdır: "Bir gün ərzində eyni insan tərəfindən hesabdan vəsaitin çıxarılmasına da limit qoymaq olar. Nəzərə alsaq ki, nağdsız hesablaşmalardan ilk növbədə banklar qazanırlar, o zaman məhz onlar komissiyanın həcmini azaltmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti