...

5 il ərzində 3,038 trln. manat vergi borcları silinib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2005 17:28 (UTC +04:00)

Hüquqi şəxslərin dövlət büdcəsinə 2000-ci il noyabrın 1-dək yaranmış köhnə vergi borclarının ödənməsi üçün güzəşt dövrü başa çatıb. Bu barədə Trend ə maliyyə Nazirliyinin vergi borclarının məcburi alınması üzrə işin təşkili idarəsinin rəisi Qabil Məmmədov bildirib. Həmin dövr ərzində borcun faiz və maliyyə sanksiyaları ilə birgə ümumi həcmi 4 trln.393,3 mlrd. manat təşkil edirdi. Beş il ərzində, "Hüquqi şəxslərin dövlət büdcəsinə borclarının güzəştli ödənməsi haqqında" Qanun qüvvəyə minənədək 3,038 trln. manat silinib ki, bu da borcun təxminən 70%-ni təşkil edir.

Bu məbləğdən 1,316 trln. manat yaxud 22% köhnə borcların payına düşür. Vergi orqanlarına güzəşt dövründə müraciət etmiş hüquqi şəxslərin 3%-i iri vergiödəyiciləri idi, onların payı ümumi borcda 2000-ci il noyabrın 1-nə olan vəziyyətə görə, 95%, silinmiş borcların ümumi həcmində isə 94% təşkil edirdi.

Vergi orqanlarına cəmi 2 783 hüquqi şəxs müraciət edib, onların cari borcu vergilərə əsasən 6,290 trln. manat təşkil edirdi. Qanunun tələblərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi borcunun güzəştli ödənişi 2 547 müəssisəni əhatə edib və 3,038 mlrd. manat məbləğ təşkil edib. Beləliklə, birinci il bu hüquqdan 2051 müəssisə istifadə edib. Büdcəyə isə onlar 592,3 mlrd. manat köçürüb. İkinci il 351 müəssisə üçün 564,8 mlrd. manat silinib. Bunun nəticəsində onlar xəzinəyə 753 mlrd. manat köçürüb və bunun 172,9 mlrd. manatı köhnə borclardır.Üçüncü il 73 müəssisədən 700,7 mlrd. manat silinib, dövlət büdcəsinə 1,171 trln. manat (395,8 mlrd. manat köhnə borclar) köçürülüb. Dördüncü il 50 müəssisədən 706,9 mlrd. manat silinib, dövlət büdcəsinə 5,091 trln. manat (594,6 mlrd. manat köhnə borclar) köçürülüb. Son 2005-ci ildə 121 müəssisədən dövlət büdcəsinə ikiqat artıq məbləğ köçürülüb - 2,493 mlrd. manat.

Q.Məmmədovun sözlərinə görə, köhnə borcların ödənilməsi ilə bağlı olaraq 2005-ci ilin iyulunda prezidentin sərəncamı ilə Vergi Məcəlləsinə dəyişikliklər edilib. Öncə əmlak üç ay ərzində siyahıya alınırdısa, yeni qaydaya əsasən siyahıya alınma dərhal həyata keçirilir və vergi borclarının ödənməsinə yönəldilir. Məhkəmənin qərarı əsasında əmlak satış üçün hərraca çıxarılacaq. Bu gün respublikada 264 min vergiödəyicisi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti