Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) azalıb. Ötən həftə orta məzənnə 0,78688 manat səviyyəsində müəyyən olunub.