...

Bakı-Quba-Rusiya sərhədi magistral yolunda körpü uçub, yol bağlanıb

Hadisə Materials 18 Aprel 2012 09:58 (UTC +04:00)
Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 156-cı kilometrliyində uzunluğu 90, eni 8 metr olan körpü uçub.
Bakı-Quba-Rusiya sərhədi magistral yolunda körpü uçub, yol bağlanıb

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 156-cı kilometrliyində uzunluğu 90, eni 8 metr olan körpü uçub.

Quba rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, bu gecə saat 03:00-04:00 radələrində körpünün 15-20 metr hissəsi uçub. Bu səbəbdən yolda avtomobillərin hərəkəti dayandırılıb.

Qaraçayın üzərində yerləşən körpü uçarkən "QAZel" markalı yük maşını çaya düşüb.

Avtomobilin sürücüsü Ülfət Hüseynov ağır xəsarət alıb.

Şöbədən bildirilib ki, körpü qəzalı vəziyyətdə olub. Son günlər rayonda yağan intensiv yağışlar və sel körpünün üçmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti