...

Elxan Nuriyev Azərbaycan prezidenti yanında strateji araşdırmalar Mərkəzinin rəhbəri təyin olunub (əlavə olaraq)

Siyasət Materials 8 Fevral 2008 10:56 (UTC +04:00)
Elxan Nuriyev Azərbaycan prezidenti yanında strateji araşdırmalar Mərkəzinin rəhbəri təyin olunub (əlavə olaraq)

Dövlət başçısı İlham Əliyevin fərmanı ilə siyasi elmlər doktoru, professor Elxan Nuriyev Azərbaycan prezidenti yanında strateji araşdırmalar Mərkəzinin direktoru təyin olunub. Mərkəz regional və qlobal proseslərin təhlili, daxili və xarici siyasət məsələləlrinin tədqiqi, geosiyasi məsələlərin araşdırılması, cəmiyyətin sosial-mədəni inkişafının öyrənilməsi və digər məsələlərlə məşğul olur.

Nuriyev Elxan Eldar oğlu 1969-cu ildə Bakıda doğulub. 1992-ci ildə o, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (Hazırkı Dövlət Dillər Universiteti) ingilis və fransız dilləri fakultəsini bitirib. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 2000-ci ildə isə, Almaniyanın İ.V.Göte adına institutunda təhsil alıb.

Nuriyev Azərbaycan Xarici İşlər Nazirliyi, C.Vaşinqton Universiteti (ABŞ), Monteredə Beynəlxalq Aaraşdırmalar İnstitutu (ABŞ), Vudro Vilson Beynəlxalq Mərkəzi (ABŞ), Sülh və Münaqişələr İnstitutunda (Almaniya) işləyib. Hazırda Bakının Qərb Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrasının professorudur.

Xəbər lenti

Xəbər lenti