...

Azərbaycanın bəzi çaylarında daşqın olacağı gözlənilir

Cəmiyyət Materials 11 May 2012 13:22 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanın bəzi ərazilərində gözlənilən yağışlarla əlaqədar dağ çaylarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılır.
Azərbaycanın bəzi çaylarında daşqın olacağı gözlənilir

Azərbaycan, Bakı, 11 may / Trend müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycanın bəzi ərazilərində gözlənilən yağışlarla əlaqədar dağ çaylarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılır. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yaxın günlərdə gündüz saatlarında hava yağmursuz olsa da, gecə saatlarında bəzi ərazilərdə lokal xarakterli yağışların yağacağı gözlənilir. Bununla əlaqədar dağ çaylarında, xüsusilə Böyük Qafqazın cənub yamacındakı çaylarda suyun səviyyəsində artım ola bilər. Yağışlar intensiv davam edərsə, dağ çaylarında hətta qısamüddətli daşqınlar da ola bilər.

Verdiyev bildirib ki, Kür çayının suyunun səviyyəsində azalma prosesi gedir. Bu gün Kürün yuxarı hissəsində suyun səviyyəsi 10, aşağı hissəsində isə 10-15 sm azalıb.

Baş hidroloq hazırda Kür çayında təhlükəli vəziyyətin olmadığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti