...

Azərbaycanda buludlu hava şəraiti hökm sürəcək, paytaxtda şimal küləyi əsəcək

Cəmiyyət Materials 4 Avqust 2014 12:46 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq.
Azərbaycanda buludlu hava şəraiti hökm sürəcək, paytaxtda şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Sabah Azərbaycanda buludlu hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti