...

Rusiya Olimpiya Komitəsinin prezidenti: “Rusiya I Avropa Oyunlarında güclü idmançılarla təmsil olunacaq”

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 11:05 (UTC +04:00)
Rusiya Bakıda keçiriləcək ilk Avropa Oyunlarında güclü idmançılarla təmsil olunacaq.
Rusiya Olimpiya Komitəsinin prezidenti: “Rusiya I Avropa Oyunlarında güclü idmançılarla təmsil olunacaq”

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Elmira Tarıverdiyeva/

Rusiya Bakıda keçiriləcək iI Avropa Oyunlarında güclü idmançılarla təmsil olunacaq. Bu barədə Trend-ə Rusiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Aleksandr Jukov deyib.

Rusiya hökumətinin sədr müavini A.Jukov bildirib ki, I Avropa Oyunlarında iştirak edəcək Rusiya millisinin heyəti təsdiqlənib: "Heyətə 360 idmançı daxildir. Gənc heyətin çıxış etdiyi üzgüçülük, ölkənin aparıcı idmançılarının çıxış etmədiyi yüngül atletika və milli komandanın dünya çempionatına hazırlaşdığı qılıncoynatma növlərindən başqa, əksər idman növlərində komanda güclü idmançılarla təmsil olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti