...

Azad Rəhimov: Azərbaycan növbəti Avropa Oyunlarının məşəlinin Bakıdan alovlandırılması marağındadır

Baku 2015 : EUROGAMES Materials 2 İyun 2015 10:47 (UTC +04:00)
Biz çox istərdik ki, gələcəkdə Avropa Oyunlarının məşəli Avropanın ən tanınmış alov mənbəyindən, Bakıdan alovlandırılsın.
Azad Rəhimov: Azərbaycan növbəti Avropa Oyunlarının məşəlinin Bakıdan alovlandırılması marağındadır

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlkin İzzət /

Biz çox istərdik ki, gələcəkdə Avropa Oyunlarının məşəli Avropanın ən tanınmış alov mənbəyindən, Bakıdan alovlandırılsın.

Trend xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in İcraçı direktoru Azad Rəhimov bu gün Bakı 2015 birinci Avropa Oyunlarının məşəl səfərinin iyunun 12-də keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da Bakı şəhərindən keçəcəyi marşrutun açıqlanması mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan bundan sonra keçiriləcək Avropa Oyunlarının məşəlinin Bakıdan alovlandırılması marağındadır: "Biz çox istərdik ki, gələcək oyunlarda məşəl Avropanın ən tanınmış alov mənbəyindən, Bakıdan alovlandırılsın. Azərbaycan bir dövlət kimi bundan sonra Avropa Oyunlarını təşkil edəcək ölkə kimi məşəlin burada alovlandırılması mərasimini təşkil etməyi öz öhdəsinə götürməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti