...

Avstraliyalı deputat: Azərbaycana gələnlər heyran qalacaqlar (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 11:56 (UTC +04:00)
I Avropa Oyunları Azərbaycanın bütün sahələr üzrə imkanlarını dünyaya nümayiş etdirməyə imkan yaradacaq.
Avstraliyalı deputat: Azərbaycana gələnlər heyran qalacaqlar (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ənvər Məmmədov/

I Avropa Oyunları Azərbaycanın bütün sahələr üzrə imkanlarını dünyaya nümayiş etdirməyə imkan yaradacaq. Bunu Trend-ə Bakıda səfərdə olan Avstraliya parlamentinin deputatı Lyuk Simpkins deyib.

O bildirib ki, Azərbaycana gələcək idmançılar və turistlər, sözün əsl mənasında, ölkəyə heyran qalacaqlar: "Azərbaycan və Bakının gözəlliyi, əhalinin qonaqpərvərliyi və tolerantlığı məni heyran etdi. Düşünürəm ki, I Avropa Oyunları üçün Bakıya gələnlər də Azərbaycanın gözəlliyi və inkişafına valeh olacaqlar. I Avropa Oyunları həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına və ölkənin dünya arenasında əlaqələrini genişləndirməyə imkan yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti