...

Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti: “Bakıda keçiriləcək I Avropa Oyunları dünya idman tarixində yeni səhifə açacaq” (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

12-28 iyunda Bakıda keçiriləcək I Avropa Oyunları dünya idman tarixində yeni səhifə açacaq. Trend-in "runews24" Rusiya informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

Rusiya milli komandasının 1-ci qrupu iyunun 9-da Bakıya gələcək. A.Jukov qeyd edib ki, I Avropa Oyunlarında əksər idman növlərində, ilk növbədə isə Rioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə verəcək növlərdə Rusiya tərəfindən dünyanın ən güclü idmançıları çıxış edəcək: "İdmançılarımızın Bakıda maksimum sayda lisenziya əldə edəcəyinə ümid edirik. Şübhə etmirəm ki, gələcəkdə Avropa Oyunları kontinentdə əsas idman tədbiri olacaq. Bakının I Avropa Oyunlarına hazırlığı onu göstərir ki, yarışların plankası çox yüksək səviyyəyə qoyulub".

Məlumatda Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevin sözləri də yer alıb. D.Savelyev bildirib ki, qarşıdan gələn idman tədbirləri Azərbaycan üçün əlamətdar hadisədir: "Birinci olmaq həmişə çətin, ancaq eyni zamanda şərəfli işdir və Azərbaycan ədalətlə bu haqqa sahib olub. Şübhəsiz, I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanı dünyanın idman arenasında olduğu kimi, mədəni-humanitar sahədə də tanıdacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti