...

BELTA: Bütün yollar I Avropa Oyunlarına aparır

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 19:41 (UTC +04:00)
Belarusun BELTA teleqraf agentliyi I Avropa Oyunlarına həsr edilmiş məqalə dərc edib.
BELTA: Bütün yollar I Avropa Oyunlarına aparır

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Belarusun BELTA teleqraf agentliyi I Avropa Oyunlarına həsr edilmiş məqalə dərc edib.

Trend-in məlumatına əsasən, agentlik yazır ki, Azərbaycanın möhtəşəm idman tədbirlərindən biri olan I Avropa Oyunlarını təşkil etmək üçün cəmi 2 il yarım vaxtı olub: "I Avropa Oyunlarının keçirilməsi imkanı ilk dəfə 2011-ci ildə Minskdə Avropa Olimpiya komitələrinin iclasında müzakirə olunub. 2012-ci ilin dekabrında isə Azərbaycan Avropa Olimpiya komitələrinin 41-ci Baş Assambleyasında Avropa Oyunlarını keçirmək hüququ əldə edib. Səsvermədə iştirak etmiş 49 ölkədən 39-u Bakının lehinə səs verdi".

BELTA qeyd edir ki, Bakıda qısa müddət ərzində 18 müasir idman kompleksi hazırlanıb, onlardan beşi qısa müddətə sıfırdan inşa edilib: "Bakı Oyunların keçirildiyi dövrdə idman obyektlərinin daxil olduğu 4 klasterə bölünəcək. Oyunların açılış və bağlanış mərasimi 68 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda keçiriləcək. 2 il yarıma tikilən stadion 500 milyon dollara başa gəlib".

Məqalədə Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadənin sözlərinə də yer verilib. Səfir Belarus Milli Olimpiya Komitəsinin mətbuat konfransında deyib ki, I Avropa Oyunlarını təşkil etmək və ya keçirmək Azərbaycan üçün böyük fəxr və məsuliyyətdir: "Bakı Avropadan qonaqları qəbul etməyə hazırdır. Hazırlığa 2,5 il vaxtımız olsa da, ciddi iş görüldü və Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək".

I Avropa Oyunları üçün idman obyektlərinin tikintisinin ümumi büdcəsi təqribən 950 milyon dollar təşkil edib.

Agentlik yazır ki, proqnozlara əsasən, Belarus idmançıları Bakıda 30-35 medal qazanacaqlar: "Belarusun idman və turizm naziri Aleksandr Şamko qeyd edib ki, ölkə 150-dən çox idmançının daxil olacağı geniş nümayəndə heyəti ilə təmsil olunacaq. Belarusun yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi İqor Petrenko yetirmələrinin Bakıda ən yüksək nəticə göstərməyə qadir olduğunu vurğulayıb. Bədii gimnastika üzrə milli yığmamız da Azərbaycanda güclü heyətlə çıxış edəcək. Yığmamızın lideri Melitina Stanyuta qeyd edib ki, yarışlara sakit hazırlaşırlar və uğurla çıxış edəcəklərinə ümid edirlər".

I Avropa Oyunlarında Belarus yığmasına 151 idmançı və 53 məşqçi daxildir. 16 gün ərzində 253 dəst medal oynanılacaq. Rusiyanın "Adamas" müəssisəsinin əməkdaşları azərbaycanlı rəssam Nərgiz Hüseynova ilə əməkdaşlıq çərçivəsində Oyunların medallarının dizaynı üzərində işləyiblər.

Oyunların talismanı Ceyran və Nardır. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir. Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir.

Belarusun Oyunlardakı talismanı isə Aqrik personajıdır və fiziki güc və idman ruhunu təcəssüm edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti