...

Polşalı idmançılar Bakıya gəlir

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 20:05 (UTC +04:00)
Bu gün Polşa Olimpiya Komitəsində Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək idmançı və onları müşayiət edəcək birinci heyətin yola salınma mərasimi keçirilib.
Polşalı idmançılar Bakıya gəlir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Bu gün Polşa Olimpiya Komitəsində Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək idmançı və onları müşayiət edəcək birinci heyətin yola salınma mərasimi keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə idman və turizm nazirinin müavini xanım Dorota İdzi, Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski, Polşa Olimpiya Komitəsinin baş direktoru Adam Kşeşinski, Azərbaycanın Polşadakı səfirliyinin müşaviri Ülvi Baxşəliyev, III katibi Samir Rzayev, referenti Elnarə Məmmədova, Polşa Olimpiya Komitəsinin əməkdaşları, idmançılar və jurnalistlər iştirak ediblər. 8 iyun tarixində keçirilən tədbirdə 77 nəfər olmaqla, güləş, triatlon, velosipedçilər, stolüstü tennis və voleybol idman növləri üzrə ilk heyətin yola salma mərasimi keçirilib.

İlk olaraq Bakı və Avropa Oyunlarını yaxından tanıdan videoçarx qonaqlara təqdim edilib. Filmdə Azərbaycanın yüksək standartlara malik, beynəlxalq yarışmaları qəbul edəcək idman obyektləri göstərilib.

Daha sonra giriş sözü ilə çıxış edən Polşa Olimpiya Komitəsinin sədri A.Kraşnitski idamnçıları və qonaqları salamlayıb və tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarında polşalı idmançıların da təmsil olunmasından qürur hissi duyduğnu bildirib. Xüsusi olaraq bildirib ki, Azərbaycanda Polşa idmançılarını yüksək qonaqpərvərlik gözləyir.

Tədbir zamanı hər bir idmançı və məşqçiyə I Avropa Oyunlarında iştirakları ilə bağlı akkreditasiya kartları təqdim edilib və idmançılarn and içmə mərasimi olub.

Son olaraq isə səfirliyin müşaviri Ülvi Baxşəliyev idmançılara və onları müşayiət edən heyətə I Avropa Oyunlarında uğurlar arzulayıb.

Qeyd edək ki, I Avropa Oyunları ilə əlaqədar olaraq səfirlik xüsusi Azərbaycan-polyak danışıq kitabçasını nəşr etdirib və kitab Bakıya səfər edən heyətə təqdim olunub.

Polşa Olimpiya Komitəsindən səfirliyə verilən məlumata əsasən, növbəti yola salma mərasimləri 10, 11, 13, 14, 18 və 20 iyun tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti