...

Güləşçilərimizdən müraciət: "Bizi və Avropa Oyunlarını dəstəkləyin!" (FOTO/VİDEO)

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 14:20 (UTC +04:00)
Avropa Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilərimiz qarışlara qısa müddət qalmış azarkeşlərə müraciət edib.
Güləşçilərimizdən müraciət: "Bizi və Avropa Oyunlarını dəstəkləyin!" (FOTO/VİDEO)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

Avropa Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilərimiz yarışlara az müddət qalmış azarkeşlərə müraciət edib.

Trend Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən həmin müraciətin video yazısını təqdim edir.

Qeyd edək ki, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

"Bakı-2015"in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın, 17-18 iyunda isə sərbəst güləşçilər yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti