...

Azad Rəhimov: İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş hadisəni araşdırır

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 12:24 (UTC +04:00)
İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş hadisəni araşdırır.
Azad Rəhimov: İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş hadisəni araşdırır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İlkin İzzət/

İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş hadisəni araşdırır.

Trend xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda iyunun 11-də Atletlər kəndində baş vermiş hadisə ilə bağlı araşdırma gedir. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: "Hadisə nəticəsində Avstriyadan olan üç xanım idmançı yüngül xəsarət alıb. Hazırda onların ikisinin vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib".

A.Rəhimov əlavə edib ki, hadisə nəticəsində xəsarət almış avstriyalı idmançıların müalicəsinin xərclərini Azərbaycan tərəfi üzərinə götürəcək. Onun sözlərinə görə, Azərbaycanın Avstriyadakı səfirliyi bununla əlaqədar lazimi yardımı göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti