...

İran idman naziri: İlk Avropa Oyunları böyük əhəmiyyət daşıyır

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 11:20 (UTC +04:00)
Azərbaycanda səfərdə olan İran İslam Respublikasının gənclər və idman naziri Mahmud Gudərzi Bakıda keçirilən ilk Avropa Oyunlarının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İran idman naziri: İlk Avropa Oyunları böyük əhəmiyyət daşıyır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Ümid Niayeş/

Azərbaycanda keçirilən ilk Avropa Oyunları böyük əhəmiyyət daşıyır. Bunu Trend-ə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının gənclər və idman naziri Mahmud Gudərzi deyib.

M.Gudərzi bildirib ki, bu addım idmanın inkişafı və ümumiləşməsi uğrunda böyük əhəmiyyət kəsb edir. O, bu Oyunları təşkil etdiyinə görə, Azərbaycan dövlətinə dərin təşəkkürlərini bildirib.

M.Gudərzi bu Oyunlara Azərbaycanın ev sahibliyinin yüksək səviyyədə, çox zəngin və intizamlı olduğunu deyib.

M.Gudərzinin fikrincə, belə Oyunların keçirilməsinə ehtiyac duyulurdu.

İranlı nazir həmçinin bildirib ki, Avropa Oyunları Asiyada 40 ildən artıqdır keçirilən oyunlar kimi öz yerini və əhəmiyyətini tapacaq.

M.Gudərzi əlavə edib ki, Azərbaycan bu Oyunların başlaması üçün ilk addımı atdı və bu çox dəyərlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti