...

Üç karateçimiz Avropa Oyunlarının yarımfinalına çıxıb

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 13:07 (UTC +04:00)
Karateçilərimiz Avropa Oyunlarına uğurla başlayıb və ilk yarışmalarda ar-arda bir neçə qələbə qazanıb.
Üç karateçimiz Avropa Oyunlarının yarımfinalına çıxıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Karateçilərimiz Avropa Oyunlarına uğurla başlayıb və ilk yarışlarda bir neçə qələbə qazanılıb.

Trend-in məlumatına görə, kişilər arasında 60 kq çəki dərəcəsində A qrupunda çıxış edən karateçimiz Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiyanı 2:0 hesabı ilə məğlub edib.

Daha sonra F.Fərzəliyev 4:2 hesabı ilə italiyalı Luka Mareskə, 6:0 hesabı ilə isə albaniyalı Halil Marqeşə qalıb gələrək yarımfinalda iştirak hüququ qazanıb.

67 kq çəki dərəcəsində A qrupunda mübarizə aparan karateçimiz Niyazi Əliyev ilk olaraq 2:0 hesabı ilə gürcüstanlı İrakli Tkebuçava qalib gəlib. Daha sonra karateçimiz fransız Stevan Da Kostanı 3:1, ispaniyalı Manuel Rosero Ruisi isə 2:0 hesabı ilə məğlub edib.

Qadınlar arasında 55 kq çəki dərəcəsində B qrupunda mübarizə aparan yığmamızın üzvü İlahə Qasımova birinci döyüşdə 4:0 hesabı ilə Lüksemburq idmançısı Cenni Varlinqə qalib gəlib. Karateçimiz ikinci görüşündə 1:0 hesabı ilə türkiyəli Tuba Yakanlaya qalib gəlib.

Hər üç karateçimiz Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti