...

QHT rəhbəri: "Bu necə Avropa kanalıdır ki, Avropa miqyasında gerçəkləşən böyük bir layihəni işıqlandırmadı"

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 13:50 (UTC +04:00)
İlk Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə seçildi və Azərbaycan ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi.
QHT rəhbəri: "Bu necə Avropa kanalıdır ki, Avropa miqyasında gerçəkləşən böyük bir layihəni işıqlandırmadı"

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Elçin Mehdiyev/

İlk Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə seçildi və Azərbaycan ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi. Bunu Trend-ə açıqlamasında "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.

E.Hüseynli qeyd edib ki, Avropa Oyunları dünya idman tarixində mühüm hadisə oldu və bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi: "Azərbaycan 24 illik yeni müstəqillik tarixində 100 illərlə müstəqil olan ölkələrin etmədiyi bir tarixi yazdı. Bütün dünyanın gözü Azərbaycanda olarkən, Azərbaycan öz qüdrətini layiqincə nümayiş etdirdi. Tarixini - keçmişini, bu gününü və gələcəyini dünyaya nümayiş etdirdi".

QHT rəhbərinin sözlərinə görə, təəssüf ki, Azərbaycanın uğurunu həzm etməyən bəzi xarici dairələr bu möhtəşəm açılışa qısqanclıqla yanaşdı: "Avropa Oyunlarını gözdən salmaq üçün heç bir bəhanə tapa bilməyən xarici antiazərbaycan şəbəkə bayağı şəkildə primitiv və gülünc iddialar irəli sürməkdən başqa heç nə edə bilmədi. Bəzi xarici media orqanları öz qərəzli münasibətlərini bu dəfə də gizlədə bilmədilər və qarayaxma xarakterli iddialarını davam etdirdilər".

E.Hüseynli deyib ki, "Euronews" kanalı Avropa Oyunlarının açılışı ilə bağlı bir dəfə də olsun reportaj vermədi: "Bu necə Avropa kanalıdır ki, Avropa miqyasında gerçəkləşən böyük bir layihəni işıqlandırmadı. Bu, ikili standartın, qərəzin mövqeyi deyilmi? Necə olur ki, qondarma "erməni soyqırımı"nın ildönümü ilə bağlı bir neçə dəfə reportaj yayımladı".

QHT rəhbəri hesab edir ki, antiazərbaycan qüvvələrinin cəhdləri çox uğursuzdur və dəstək tapmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti