...

Britaniyalı idmançı: "Avropa Oyunları bizim üçün böyük bir təcrübədir və idmanın inkişafına mühüm töhfə verir" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 12:31 (UTC +04:00)
"Birinci Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Bu bizim üçün böyük bir təcrübədir və idmanın inkişafına mühüm töhfə verir".
Britaniyalı idmançı: "Avropa Oyunları bizim üçün böyük bir təcrübədir və idmanın inkişafına mühüm töhfə verir" (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Bu bizim üçün böyük bir təcrübədir və idmanın inkişafına mühüm töhfə verir". Bunu Trend-ə Böyük Britaniya gimnastı Brinn Bevan deyib.

B.Bevan Azərbaycanda onlar üçün yaradılan şəraitdən razılığını bildirib. O, qeyd edib ki, Atletlər kəndində onlar üçün hər cür yüksək şərait yaradılıb: "Azərbaycan gözəl ölkədir, Atletlər kəndində bizim üçün hər cür yaxşı şərait yaradılıb. Oradan baxanda Bakının gözəl mənzərəsi görünür. Həqiqətən də burada olmaqdan çox məmnunam".

B.Bevan gimnastika üzrə yarışların keçirildiyi Milli Gimnastika Arenasında da çox gözəl şərait yaradıldığını qeyd edib: "Burada müasir qurğular quraşdırılıb. Həqiqətən də burada yarışmaqdan zövq alıram, mənə sanki London 2012-ni xatırladır. Bu mənim üçün böyük bir yarışmadır. Həm də bu yarışma bizim üçün böyük bir təcrübədir. Özünü sınayan, digər ölkələrdən olan idmançıları görürsən, təcrübə qazanırsan. Əlbəttə ki, bu baxımdan Avropa Oyunlarının idmançılar üçün əhəmiyyəti böyükdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti