...

I Avropa Oyunlarının açılış mərasimi unudulmaz tamaşa idi

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 10:20 (UTC +04:00)
Bakıda I Avropa Oyunlarının açılış mərasimi unudulmaz və valehedici tamaşa idi.
I Avropa Oyunlarının açılış mərasimi unudulmaz tamaşa idi

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Bakıda I Avropa Oyunlarının açılış mərasimi unudulmaz və valehedici tamaşa idi. Bu barədə Trend-ə hindistanlı azarkeş Pranab Kumar deyib.

O bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində şəxsən iştirak etmədiyi üçün çox heyfsilənib: "Mən və dostlarım açılış mərasimini televizordan izlədik. Bu həqiqətən yaddaşlardan silinməyəcək və valehedici tamaşa idi".

P. Kumar həmçinin Bakının gözəlliyini və paytaxt sakinlərinin qonaqpərvərliyini qeyd edib: "Məni heyran edən Azərbaycan paytaxtının gözəlliyi barədə ayrıca danışmaq istərdim. Belə gözəl şəhərdə olduğum üçün çox xoşbəxtəm. Və əlbəttə ki, milli mətbəxinizin yeməklərini çox bəyəndim. Çox dadlı idilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti