...

Saymon Kleq: Avropa Oyunlarının yayım səviyyəsindən tam məmnunam

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 11:20 (UTC +04:00)
Mən I Avropa Oyunlarının yayım səviyyəsindən hazırda tam məmnunam.
Saymon Kleq: Avropa Oyunlarının yayım səviyyəsindən tam məmnunam

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Mən I Avropa Oyunlarının yayım səviyyəsindən hazırda tam məmnunam.

Trend-in məlumatına görə, bunu Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında Oyunların Avropanın bəzi kanallarında yayımlanmamasına münasibət bildirərkən deyib: "Belə bir qərar verilmişdi ki, biz birbaşa hər bir ölkənin teleyayımçısı ilə əlaqə yaradacağıq. Mən hazırda həm Avropada, həmçinin müxtəlif ölkələrdə Oyunların yayım səviyyəsindən tam məmnunam. İlk dəfə keçirilən bu Oyunlar çox geniş şəkildə yayımlanır".

S.Kleq bildirib ki, I Avropa Oyunlarında Avropa qitəsindən böyük sayda idmançılar iştirak edir: "Eyni zamanda, avropalılar yalnız Avropada deyil, dünyanın müxtəlif ölkələrində bu oyunları izləyirlər. Ona görə də Avropada bu Oyunlara marağın olmaması barədə deyilən yanaşma qəbul edə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti