...

Bu gün ilk Avropa Oyunları çərçivəsində yarışların beşinci günü start götürüb

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 09:10 (UTC +04:00)
Bu gün ilk Avropa Oyunları çərçivəsində yarışların beşinci gün start başlayıb.
Bu gün ilk Avropa Oyunları çərçivəsində yarışların beşinci günü start götürüb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bu gün ilk Avropa Oyunları çərçivəsində yarışların beşinci günü başlayıb.

Trend-in məlumatına görə, bu gün oxatma, çimərlik voleybolu, boks, avarçəkmə, atıcılıq, sinxron üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol, su polosu və qadınlar arasında sərbəst güləş idman növləri üzrə yarışlar keçiriləcək.

İlk Avropa Oyunlarının beşinci günü bu idman növləri üzrə 21 dəst medal oynanılacaq: dörd - qadınlar arasında sərbəst güləş üzrə, beş - qadınlar arasında avarçəkmə, beş - kişilər arasında avarçəkmə, bir - kişilər arasında atıcılıq, iki - qadınlar arasında atıcılıq, iki - sinxron üzgüçülıük, bir - kişilər arasında taekvondo, bir - qadınlar arasında taekvondo.

Azərbaycan idmançıları bu gün keçiriləcək bütün idman növləri üzrə yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti