...

I Avropa Oyunlarında atıcılığın bəzi növlərində mükafatçılar müəyyənləşib

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində atıcılığın bəzi növlərində mükafatçılar müəyyənləşib.

Trend-in məlumatına görə, kişilər arasında səngər stendi yarışlarında Aleksey Alipov (Rusiya) birinci, Erik Varqa (Slovakiya) ikinci, Covanni Pellielo (İtaliya) isə üçüncü yeri tutub.

Qadınların 10 metrdən hava tapançası ilə atəş yarışlarının mükafatçıları: Zorana Arunoviç (Serbiya), Sonya Franke (İspaniya), Viktoriya Çayka (Belarus)

Kişilər arasında 10 metrdən hava tapançası ilə atəş yarışlarının mükafatçıları: Damir Mikeç (Serbiya), Joao Koşta (Portuqaliya), Yuray Tujinski (Slovakiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti