...

Azərbaycanın Avropa Oyunlarında qızıl medallarının sayı 10 oldu (FOTO+VİDEO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 21:08 (UTC +04:00)
Azərbaycan Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günü daha bir qızıl medal qazanıb.
Azərbaycanın Avropa Oyunlarında qızıl medallarının sayı 10 oldu (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günü daha bir qızıl medal qazanıb.

Trend xəbər ki, Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasında Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə üz-üzə gəlib.

Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya çempionatının qızıl və gümüş medalçısı X.Qazyumov gərgin mübarizə şəraitində keçən final görüşündə gürcü rəqibini 3:1 hesabı ilə yenərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

97 kq
1/16 final - Radoslav Baran (Polşa) - Xetaq Qazyumov 0:10
1/8 final - Nikolay Çeban (Moldova) - Xetaq Qazyumov 0:4
1/4 final - Xetaq Qazyumov - İbrahim Saidov (Belarus) 2:1
1/2 final - Abdusalam Qadisov (Rusiya) - Xetaq Qazyumov 2:4
FİNAL - Elizbar Odikadze (Gürcüstan) - Xetaq Qazyumov 1:3

Xatırladaq ki, bu gün Azərbaycanın daha 3 güləşçisi xalça üzərinə çıxıb. Bir az əvvəl Toğrul Əsgərov (65 kq) Avropa Oyunlarının qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medalını qazanıb. Yaşar Əliyev (57 kq) 3-cü yer uğrunda mübarizə aparsa da, yarışların bürünc medalını qazana bilməyib.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

İyunun 15-və 16-da qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti