Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/
Bakıda keçirilən birinci Avropa Oyunlarında ab-hava çox yaxşıdır. Həm yarışlar yüksək səviyyədə keçirilir, Atletlər kəndində də hər şey superdir. Yaşayış, qidalanma çox yüksək səviyyədədir. Ona görə də burada emosiyalar Avropa çempionatında olduğundan daha çoxdur.
Trend xəbər ki, bunu bu gün Avropa Oyunlarının sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal qazanmış Rusiya təmsilçisi Abdusalam Qadisov deyib.
Bakıda, Avropa Oyunları ilə Londondakı Olimpiya oyunlarının ab-havası arasında müqayisə aparan Rusiya güləşçisinin fikrincə, onlar çox oxşardır: "Bakıdakı ab-hava London olimpiadası ilə oxşardır. Kazanda Universiadada da ab-hava oxşar idi. Mən Olimpiya kəndlərini müqayisə edirəm. Mənə buradakı ab-hava xoş gəlir. Əhval-ruhiyyə şəndir. Çünki idman ölkələrdən asılı olmayaraq, hamını birləşdirir. Bəzən ölkələr arasında hansısa siyasi məqamlar olur, amma burada biz hamı ilə ünsiyyət qururuq. Hamı bir-birinə dost olur, ermənilər azərbaycanlılarla, ukraynalılar rusiyalılarla. İdman hamını birləşdirir".
Yarımfinalda Azərbaycan güləşçisi Xetaq Qazyumova məğlub olan Qadisov həmçinin əlavə edib ki, Rusiya güləşçiləri yalnız qızıl medal uğrunda yarışırlar. Onlar üçün gümüş və bürünc medallar yalnız təsəlli ola bilər.
Onun sözlərinə görə, indi əsas hədəf dünya çempionatıdır və bütün qüvvə və hazırlıq da ona sərf olunur.