...

Avropa Stolüstü Tennis Birliyinin rəhbəri Avropa Oyunlarının təşkilatçılarına minnətdarlıq edib

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 14:30 (UTC +04:00)
Avropa Stolüstü Tennis Birliyinin rəhbəri Ronald Kramer Avropa Oyunlarının təşkilatçılarına minnətdarlıq edib.
Avropa Stolüstü Tennis Birliyinin rəhbəri Avropa Oyunlarının təşkilatçılarına minnətdarlıq edib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Avropa Stolüstü Tennis Birliyinin rəhbəri Ronald Kramer Avropa Oyunlarının təşkilatçılarına minnətdarlıq edib.

Trend-in məlumatına görə, Rusiyanın "ttsport.ru" portalı Kramerə istinadən yazır ki, gənc, müstəqil ölkə olan Azərbaycan ilk Avropa Oyunlarını təşkil etməklə qarşıya qoyulan məqsədə çatıb: "Avropa Oyunları həm də ona görə vacibdir ki, burada qalib gələn atletlər Rio Olimpiadasına vəsiqə qazanırlar".

R.Kremer bildirib ki, əslində, bu Oyunların formatı federasiya rəhbərləri üçün yenilikdir.

O, bu tədbirin idmanın Avropada daha vacib sahə kimi qəbul olunmasına imkan verəcəyini də söyləyib: "Təçkilatçılıq yüksək səviyyədədir. Hər şey öz qaydasında gedir. Əsas məqsəd odur ki, Avropa Oyunlarını beynəlxalq təqvimə salmaq mümkün olsun. Burada xüsusilə könüllülük fəaliyyətini vurğulamaq istəyirəm. Əminəm ki, Azərbaycan bu cür uğurlu təcrübəni bölüşə biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti