...

Avstraliyalı jurnalist: Heydər Əliyev Mərkəzi bəyaz dalğaları ilə məni heyrətə gətirdi

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 14:59 (UTC +04:00)
Avstraliyanın traveller.com.au internet jurnalının Avropa Oyunları üçün hazırda Bakıda olan əməkdaşı Ben Groundwater Azərbaycan barədə təəssüratlarını qələmə alıb
Avstraliyalı jurnalist: Heydər Əliyev Mərkəzi bəyaz dalğaları ilə məni heyrətə gətirdi

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Avstraliyanın traveller.com.au internet jurnalının Avropa Oyunları üçün hazırda Bakıda olan əməkdaşı Ben Groundwater Azərbaycan barədə təəssüratlarını qələmə alıb. Azərbaycanı parlaq gələcəyə, sürətli inkişaf dinamikasına və təbii gözəlliyə malik ölkə adlandıran müəllif ölkəni mədəniyyətlərin qovşağı adlandırıb.

Trend-in məlumatına görə, şəhər barədə söz açan və Bakının tanınmış Avropa şəhərlərindən geri qalmadığını söyləyən müəllif, "Bura Romadır, Parisdir, yoxsa Londondur?!" - qeyd edərək heyrətini gizlətməyib.

Jurnalist binaların qərb memarlığına çox yaxın olduğunu, lakin şərq görkəmində olmasını heyrətamiz adlandırıb. Məqalədə Alov qüllələrinin müasir Azərbaycanın rəmzi olduğu vurğulanır. Azərbaycanın zəngin ölkə olduğunu qeyd edən media nümayəndəsi ölkədə çoxlu sayda brend mağazaların olduğunu, onların əksəriyyətinin alıcılarla dolu olduğunu qeyd edib.

Məqalədə Bakı barədə "Yeni Dubay" kəlməsi işlədilir və ölkədə keçirilən Avropa Oyunlarının məqsədinin həm də, Azərbaycanın imicinin daha da yüksəltmək olduğunu yazır.

Azərbaycanlıların dünyada güləş və boksda fəal olması, eləcə də, Avroviziya 2011-ci ildəki qələbələri ilə yadda qaldığı, Azərbaycana gəlməyin turistlər üçün də rahat olduğu, viza proseslərində bəzi sadələşdirilmələr aparıldığı qeyd edilir. Ölkəyə hətta Kristal Zalda keçirilən konsertlər üçün gələnlər olduğu da vurğulanır.

Ben yazır ki, Azərbaycanın zəngin mədəniyyəti özünü yeməklərdə, xalçalarda, gözəl İşərişəhərdə və 1000 illərlə yaşı olan Qız qalasında, eləcə də, karvansaralarda da əks etdirir. Ölkədə 11 iqlimdən 9-nun yer aldığını deyən jurnalist regionlardakı təbii gözəlliyi də qeyd edir. Heydər Əliyev Mərkəzi isə Benin də ifadə etdiyi kimi, özünün bəyaz dalğaları ilə onu heyrətə gətirib.

Azərbaycanın məhz bu mərkəz kimi, qeyri adiliyi və cəsarəti ilə yaddaşlarda qalan ölkə olduğunu vurğulayan müəllif Naftalan müalicəvi nefti, Qobustan dövlət qoruğu, Şəki şəhəri, Yanardağ və Şahdağ istirahət mərkəzini Azərbaycanda görməli yer kimi ilk 5-likdə sıralayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti