...

Azərbaycan taekvondoçusu: "Avropa Oyunlarında qazandığım qızıl medalla fəxr edirəm"

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 23:41 (UTC +04:00)
"Taekvondo yarışlarda Avropanın ən güclü idmançıları iştirak edirdilər və buna görə də qələbə xüsusi dəyəri var".
Azərbaycan taekvondoçusu: "Avropa Oyunlarında qazandığım qızıl medalla fəxr edirəm"

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Vüqar İmanov/

"Taekvondo yarışlarda Avropanın ən güclü idmançıları iştirak edirdilər və buna görə də qələbə xüsusi dəyəri var". Bunu Trend-ə I Avropa Oyunları çərçivəsində taekvondo yarışlarında qızıl medal qazanmış Milad Beygi Xarçeqani (80 kq) deyib.

O bildirib: "Oyunlardan əvvəl söz vermişdim ki, azarkeşləri mütləq sevindirəcəyəm və sözümü tutaraq qızıl medal qazandığıma görə çox şadam".

Taekvondoçumuz qeyd edib ki, finalda rusiyalı idmançı ilə görüş çətin alındı: "Finaldan əvvəl böyük məsuliyyət hissi vardı. Lakin həyəcanı boğaraq qələbəyə kökləndim. Avropa Oyunlarında qazandığım qızıl medalla fəxr edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti