...

Bir boksçumuz Avropa Oyunlarında azı bürünc medalı təmin etdi

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 14:24 (UTC +04:00)
Digər idmançımız Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayıb və 3:0 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə çıxıb.
Bir boksçumuz Avropa Oyunlarında azı bürünc medalı təmin etdi

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Bu gün Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçirilir. Trend-in məlumatına görə, 49 kq çəkidə Avropa və dünya çempionumuz Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulub. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə gücünü yoxlayıb. Əlizadə 1/8 finalda Tinko Banabakovu (Bolqarıstan) məğlub edən rəqiblə gərgin mübarizədən məğlub ayrılıb. 2:1 (29:28; 28:29; 29:28) hesabı ilə qələbə qazanan İrvin yarımfinala yüksəlib.

Digər idmançımız Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayıb və 3:0 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti