Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/
İlk Avropa Oyunlarının boks yarışlarında daha bir erməni boksçu məğlub olub.
Trend xəbər verir ki, Kristan Zalda keçirilən boks yarışlarında Ermənistanı yüngülvari (52 kq) çəkidə təmsil edən kişi boksçu Narek Abqaryan 1/4 finalda Slovakiya təmsilçisi Viliam Tanko ilə qarşılaşıb.
Azərbaycanlı tamaşaçıların böyük dəstəyi və alqış sədaları altında döyüşən slovak boksçu gərgin keçən döyüşdə erməni rəqibinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.