...

Ümumrusiya Dövlət Televiziyası: I Avropa Oyunlarının yaxşı reytinqi var

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 16:13 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunlarının yaxşı reytinqi var.
Ümumrusiya Dövlət Televiziyası: I Avropa Oyunlarının yaxşı reytinqi var

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Aygün Bədəlova/

Bakı-2015 Avropa Oyunlarının yaxşı reytinqi var. Trend-in məlumatına görə, bunu Ümumrusiya Dövlət Televiziyası və Radio Yayımı Şirkətinin idman telekanallarının baş redaktorunun müavini Dmitri Anisimov "Sport den za dnyom" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə əsasən, yarışlara tələbat var, insanlar onlara baxırlar: "Reytinqlər telekanal üzrə orta hesabla yüksəkdir. Hesab edirəm ki, birinci dəfə keçirilən yarışların kifayət qədər auditoryası var".

D.Anisimov qeyd edib ki, ən populyar idman növü bədii gimnastika və sinxron üzgüçülükdür: "Klassik güləşin də yaxşı göstəriciləri var".

"Bakıdan olan görüntünün keyfiyyəti ilə razısınızmı" sualını cavablandıran D.Anisimov əlavə edib ki, hər şey yüksək səviyyədə təşkil edilib: "Orada bütün Avropadan gəlmiş peşəkarlar işləyirlər, buna görə də hər şey yüksək səviyyədə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti