...

Avropa Oyunlarında qılıncoynatma yarışlarının bugünkü qalibləri məlum olub

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 21:13 (UTC +04:00)
Birinci Avropa Oyunları çərçivəsində qılıncoynatma yarışlarının bugünkü qalibləri məlum olub.
Avropa Oyunlarında qılıncoynatma yarışlarının bugünkü qalibləri məlum olub

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Birinci Avropa Oyunları çərçivəsində qılıncoynatma yarışlarının bugünkü qalibləri məlum olub.

Trend-in məlumatına görə, qadınlar arasında şpaqa ilə fərdi yarışların finalında rumıniyalı Ana Mariya Branza qızıl medal qazanıb. O, rusiyalı rəqibi Yana Zverevaya 15:11 hesabı ilə qalib gəlib.

Bürünc medallara isə rumıniyalı Simona German və estoniyalı Erika Kirpu sahib çıxıblar.

Kişilər arasında sablya ilə fərdi yarışlarda qızıl medalı ukraynalı Andrey Yaqodka qazanıb. O, rumıniyalı rəqibi Tiberiu Dolniçeanuya 15:10 hesabı ilə qalib gəlib.

Bürünc medallar isə italiyalı qılıncoynadanlar Alberto Pelleqrini və Luixi Mirakkoya qismət olub.

Xəbər lenti

Xəbər lenti