...

Abdulkadır Abdullayev rinqdə baş verən konfliktə aydınlıq gətirib

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 03:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

"Oyunun əvvəli mən gözlədiyim kimi yaxşı keçdi. Döyüşdən sonra hər bir döyüşdə olduğu kimi mən istədim rəqibimin əlini sıxam. Rəqibimə qarşı hörmət hissi ilə yanaşdım. O isə öz narazılığını bildirdi ki, guya o qalib gəlib. Mən ikinci dəfə onun əlini sıxmaq istədim, o da dönüb getdi. Rəqibim elə bilirdi ki, o mənim üzərimdə qələbə qazanıb. Mən isə qalib gəldiyimə əmin idim. Ümumiyyətlə, hər bir idmançı hesab edir ki, qalib odu."

Trend-in məlumatına görə, bunu bu gün Avropa Oyunlarında boks yarışlarında yarımfinala vəsiqə qazanan ölkəmizi ağır (91 kq) çəkidə təmsil edən Abdulkadır Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti