Azərbaycan, Bakı, 25 iyun /Trend/
Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 14-cü günü başlayıb.
Trend-in məlumatına görə, bu gün badminton, qılıncoynatma, üzgüçülük, çimərlik futbolu, cüdo, boks, voleybol və 3x3 basketbol üzrə yarışlar keçiriləcək.
Oyunların 14-cü günü çərçivəsində 21 dəst medal oynanılacaq: 9-u üzgüçülük, 5-i boks, 5-i cüdo, 2-si qılıncoynatmada.