...

Əflatun Amaşov: Milli mətbuat Avropa Oyunlarının işıqlandırılmasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 14:15 (UTC +04:00)
Azərbaycan mediası Avropa Oyunlarının Azırbaycan xalqının həyatında oynadığı rolu görərək, dəyərləndirərək daha çox vətənpərvərlik ruhunda yanaşıb.
Əflatun Amaşov: Milli mətbuat Avropa Oyunlarının işıqlandırılmasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan mediası Avropa Oyunlarının Azırbaycan xalqının həyatında oynadığı rolu görərək, dəyərləndirərək daha çox vətənpərvərlik ruhunda yanaşıb. Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov ilk Avropa Oyunlarının milli mətbuatda işıqlandırılması ilə bağlı fikirlərini açıqlayarkən söyləyib.

Ə.Amaşov qeyd edib ki, Azərbaycanda ilk dəfə Avropa Oyunları miqyasında böyük tədbir keçirilir: "Hansı xalqlarda belə oyunlar keçirilirsə və bu, uğurla nəticələnirsə, həmin oyunlar xalqların həyatında çox mühüm rol oynayır. Həmin xalqların cəmiyyətində bir oyanma, özünə inam başlayır, xalqda vətənpərvərlik hissi güclənir. Oyunların qurtarmasına az qalıb. Görünür ki, ilk Avropa Oyunları Azərbaycanda necə uğurla başlayıbsa, elə də uğurla sona çatacaq və ilk Avropa Oyunları Azərbaycan xalqının inkişafına öz ciddi töhfəsini verəcək. Azərbaycan mediası bütün bunları anlayır, başa düşür və öz siyasətini də bu istiqamətdə qurub".

Ə.Amaşov sonra bildirib ki, mətbuat fəaliyyətini peşəkarcasına qurub ki, baş verən hadisələri obyektiv işıqlandırsın: "Azərbaycan mediası Avropa Oyunlarının Azırbaycan xalqının həyatında oynadığı rolu görərək, dəyərləndirərək daha çox vətənpərvərlik ruhunda yanaşıb. Monitorinq aparsanız görərsiniz ki, Azərbaycan mediasında Oyunlarla bağlı gedən materialların 90-95 faizi məhz bu səpkidədir. Mən mediaya öz minnətdarlığımı bildirirəm, mediamız üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti