...

Ukrayna idmançıları Bakıda Avropa Oyunlarının təşkilinə heyran olublar

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 15:23 (UTC +04:00)
“I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”.
Ukrayna idmançıları Bakıda Avropa Oyunlarının təşkilinə heyran olublar

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Maksim Tsurkov/

"I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub". Bu barədə Trend-ə Oyunlar çərçivəsində qarışıq cütlüklər üzrə badminton yarışlarında çıxış edən Ukrayna idmançıları Gennadi Natarov və Yuliya Kazarinova deyib.

İdmançılar belə hazırlıq səviyyəsindən heyrətləndiklərini deyiblər: "Hər şey yüksək səviyyədədir".

Badmintonçular Bakını bəyəndiklərini də qeyd ediblər: "Şəhəriniz çox xoşumuza gəldi, paytaxtınız gözəl və müasirdir, özündə Şərq və Qərb elementlərini birləşdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti