...

Pərviz Bağırov: "Himnimizi səsləndirəcəyəm" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 14:46 (UTC +04:00)
“Döyüş çətin keçdi, çünki mən rəqibi tanımırdım. Allaha şükür ki, çətin də olsa, qalib gəldim və inşallah, finalda himnimizi səsləndirəcəyəm".
Pərviz Bağırov: "Himnimizi səsləndirəcəyəm" (FOTO)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Döyüş çətin keçdi, çünki mən rəqibi tanımırdım. Allaha şükür ki, çətin də olsa, qalib gəldim və inşallah, finalda himnimizi səsləndirəcəyəm".

Trend-in məlumatına görə, bunu jurnalistlərə britaniyalı rəqibinə qalib gələrək finala vəsiqə qazanan boksçumuz Pərviz Bağırov deyib.

P.Bağırov finaldakı rəqibi ilə indiyə qədər qarşılaşmadığını desə də, qələbə qazanacağına inandığını bildirib: "Finaldakı rəqibimi tanıyıram - Avropa çempionudur və təcrübəli idmançıdır. Ancaq ümid edirəm ki, mən ona qalib gələcəyəm".

Boksçumuz rəqibindən daha sürətli olduğunu bildirib: "Mən ondan sürətli və taktikalıyam. Zədə almışam, ancaq nə qədər ciddi olsa da, rinqə çıxıb vuruşmalıyıq. Düşünürəm ki, bir problem olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti