...

Cüdoçularımız Avropa Oyunlarının cüdo yarışlarının üçüncü gününə qələbə ilə başladılar

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 12:23 (UTC +04:00)
Azərbaycan idmançıları Bakı 2016 ilk Avropa Oyunlarının cüdo yarışlarının üçüncü gününə qələbə ilə başlayıblar.
Cüdoçularımız Avropa Oyunlarının cüdo yarışlarının üçüncü gününə qələbə ilə başladılar

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan idmançıları Bakı 2015 ilk Avropa Oyunlarının cüdo yarışlarının üçüncü gününə qələbə ilə başlayıblar.

Trend xəbər verir ki, bu gün Heydər Əliyev İdman Arenasında keçirilən cüdo yarışlarında tatami üzərinə təmsilçilərimizdən ilk olaraq ən ağır çəkili cüdoçumuz, 100 kq-dan ağır çəki dərəcəsində kişi cüdoçumuz Uşangi Kokauri çıxıb. Təsnifat mərhələsində o, Sloveniya idmançısı Matyaj Kerajla qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçimiz daha fəal güləşib. Əvvəlcə bir yuko xalı qiymətləndirən fəndlə rəqibini tatami üzərinə çırpan U.Kokauri ardınca saxlama (asai-komi) fəndi ilə vaxtından əvvəl ipponla tam qələbə qazanıb. O, 1/8 final mərhələsində Polşa cüdoçusu Masiej Sarnaçki ilə üzləşəcək.

Xatırladaq ki, bu gün cüdo yarışlarında Azərbaycanın 5 təmsilçisi mübarizə aparır. U.Kakauridən başqa Günel Həsənli (-78 kq), Ramin Qurbanov (-90 kq), Elxan Məmmədov (-100 kq) və Elmar Qasımov (-100 kq) Azərbaycana medal qazandırmağa çalışacaqlar.

Qeyd edək ki, dünən yarışların ikinci günündə paracüdoçularımız Azərbaycana bir dəst medal qazandırıblar. İlham Zəkiyev (+90 kq) qızıl, Səbinə Abdullayeva (-57) gümüş, Zakir Mislimov (+90 kq) isə yarışların bürünc medallarını əldə ediblər.

Yarışların ilk günündə isə təmsilçimiz Orxan Səfərov (-60 kq) ölkəmizə gümüş medal qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti