...

Azərbaycanda Qars müqaviləsi barədə film çəkiləcək

Mədəniyyət Materials 12 Yanvar 2011 13:00 (UTC +04:00)
1921-ci ildə bağlanmış Qars sülh müqaviləsi haqqında sənədli filmin çəkilişlərinə hazırlıq gedir.
Azərbaycanda Qars müqaviləsi barədə film çəkiləcək

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Hüseynzadə/

1921-ci ildə bağlanmış Qars sülh müqaviləsi haqqında sənədli filmin çəkilişlərinə hazırlıq gedir.

"Hələ ki bu maraqlı tarixi hadisə haqqında filmin çəkilişi üçün ssenarinin yazılması üzrə işlərə başlamışıq", - filmin rejissoru Tahir Əliyev Trend-ə deyib.
Ssenari müəllifi Qars Universitetinin professoru Xocalı Nəcəfdir.
Film müqavilənin nəticələrini əks etdirən, o cümlədən Cənubi Qafqaz ölkələri və Türkiyənin o zamankı siyasi vəziyyəti üçün vacib olan nadir sənədlərə əsaslanıb.

Qars müqaviləsi Türkiyə və Azərbaycan, Ermənistan və Gürcüstan sosialist respublikaları arasında imzalanıb. O, Türkiyə və Cənubi Qafqaz arasında mübahisələrin aradan qaldırılmasını nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti