...

Türkiyə bayrağına görə Eldar və Nigara təşəkkürlər davam edir

Mədəniyyət Materials 18 May 2011 15:54 (UTC +04:00)
Almaniyan ın Düsseldorf şəhərində keçirilmiş 56-cı "Eurovision" mahnı müsabiqəsində bütün türk dünyasına birincilik sevinci yaşadan Eldar Qasımovla Nigar Camal duetinin uğuruna sevinənlər arasında Türkiyənin tanınmış müğənniləri də var.
Türkiyə bayrağına görə Eldar və Nigara təşəkkürlər davam edir

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ş.Cavadsoy/

Almaniyan ın Düsseldorf şəhərində keçirilmiş 56-cı "Eurovision" mahnı müsabiqəsində bütün türk dünyasına birincilik sevinci yaşadan Eldar Qasımovla Nigar Camal duetinin uğuruna sevinənlər arasında Türkiyənin tanınmış müğənniləri də var. Trend Türkiyənin www.xn--kadnca-r9a.com.tr saytına istinadən xəbər verir ki, Nigar Camalın səhnəyə qardaş ölkənin bayrağı ilə çıxmasına tanınmış türkiyəli müğənnilərindən hesab olunan Faruk K tərəfindən jest edilib.

Mayın 17-də İstanbulda Kral TV-nin təsis etdiyi sayca 17-ci Kral Musiqi Mükafatının təqdimetmə mərasiminə qatılmış Faruk K-nın əlində tutduğu bayrağın bir üzündə Azərbaycan, digər üzündə isə Türkiyə bayrağı əks olunub. Tədbir öncəsi populyar Türkiyə tele-aparıcısı Ece Erkenin suallarını cavabladıran müğənni, "Azərbaycan təmsilçilərinin etdiklərinin müqabilində göstərmiş olduğum jestlə az da olsa onlara təşəkkürümü belə nümayiş etdirməyə çalışdım" deyərək, sevincimizə şərik olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti