...

Almaniyada azərbaycanlı rəssam Əşrəf Heybətovun 60 illik yubileyinə həsr edilmiş sərgi keçirilib

Mədəniyyət Materials 7 İyun 2011 17:37 (UTC +04:00)
Almaniyada azərbaycanlı rəssam Əşrəf Heybətovun 60 illik yubileyinə həsr edilmiş sərgi keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Almaniyada azərbaycanlı rəssam Əşrəf Heybətovun 60 illik yubileyinə həsr edilmiş sərgi keçirilib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Almaniyada azərbaycanlı rəssam Əşrəf Heybətovun 60 illik yubileyinə həsr edilmiş sərgi keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən sərgi Berlin parlamenti və Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı ilə baş tutub.

Sərgini Berlin parlamentinin üzvü Andreas Köler açaraq rəssamı yubileyi və sərgisi münasibətilə təbrik edib. O, rəssamın əsərlərini çox bəyəndiyini bildirib.

Açılışda iştirak edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında Azərbaycan rəngkarlıq məktəbinin və miniatür sənətinin tarixi haqqında qonaqlara məlumat verib, onların hazırda dünyanın bir çox muzeylərini bəzədiyini bildirib. O, uzun illər Rusiyada yaşamış, indi isə Almaniyada yaşayıb fəaliyyət göstərən rəssam Əşrəf Heybətovun müasir Azərbaycan rəssamlıq məktəbinin parlaq yetirmələrindən biri olduğunu və bir sıra janrlarda maraqlı əsərlər yaratdığını qeyd edib. Səfir rəssamlıq fəaliyyəti və sərgiləri ilə Almaniya-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə Heybətova təşəkkürünü bildirib.

Sonda rəssam Əşrəf Heybətov çıxış edərək azərbaycanlı olması ilə fəxr etdiyini, görkəmli rəssamlardan dərs aldığına görə özünü xoşbəxt hesab etdiyini söyləyib və sərginin təşkilatçılarına təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti