...

Aktyor Firdovsi Atakişiyev Eldar və Nigarın sevgisini ürəyinə həkk etdirib (FOTO)

Mədəniyyət Materials 20 İyul 2011 20:54 (UTC +04:00)
"Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandırdıqdan sonra şöhrətin zirvəsinə qalxan Eldar Qasımovla Nigar Camala sevgisini nümayiş etdirənlər cərgəsinə daha bir sənətçi qoşuldu.
Aktyor Firdovsi Atakişiyev Eldar və Nigarın sevgisini ürəyinə həkk etdirib (FOTO)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir Ş.Cavadsoy/

"Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandırdıqdan sonra şöhrətin zirvəsinə qalxan Eldar Qasımovla Nigar Camala sevgisini nümayiş etdirənlər cərgəsinə daha bir sənətçi qoşuldu. Söhbət Lider TV-də yayımlanan "Azəri Top Model" müsabiqəsinin ideya müəllifi və aparıcısı, Rus Dram Teatrının aktyoru, əməkdar artist Firdovsi Atakişiyevdən gedir.

Müsabiqənin buhəftəki canlı yayımında qaliblərimizə olan sevgisini geydiyi ağ qısaqol köynəyi ilə nümayiş etdirən əməkdar artist bu jestinə belə aydınlıq gətirdi. "Üzərində Eldar və Nigarın fotolarının həkk olunduğu bu köynəyi mənə yaxın dostlarımdan biri Nərminə xanım Ağası hədiyyə edib. Və mən də istədim ki, aparıcı kimi səhnəyə çıxdığım zaman Azərbaycanı birinci edən cütlüyə öz təşəkkürümü bu yolla ünvanlayım. Əslində Nigar Camalla Eldar Qasımov göstərdikləri şücaətlə adlarını bütün azərbaycanlıların ürəyinə yazdırıblar. İkisi də fəxr etdiyimiz, qürur duyduğumuz istedadlı gənclərdir. İnşallah uğurları davamlı olar", - Atakişiyev belə dedi.

Xoş sözlərini bitirdikdən sonra aktyor fotokameramızın qarşısına keçib əsl modellər kimi pozalar verməkdən də çəkinmədi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti