...

İpə-sapa yatmayan Rəhim Rəhimli (FOTO)

Mədəniyyət Materials 2 Sentyabr 2011 16:16 (UTC +04:00)
"Rəngarəng" verilişinin Lider TV-nin yaranmasının 11 illiyinə həsr olunmuş bayram konsertində ən çox şənlənən bəstəkar-müğənni, teleaparıcı-şoumen Rəhim Rəhimli oldu desək, yəqin ki, yanılmarıq.
İpə-sapa yatmayan Rəhim Rəhimli (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Rəngarəng" verilişinin Lider TV-nin yaranmasının 11 illiyinə həsr olunmuş bayram konsertində ən çox şənlənən bəstəkar-müğənni, teleaparıcı-şoumen Rəhim Rəhimli oldu desək, yəqin ki, yanılmarıq. Komplekssiz Rəhim istər avtobusdakı çəkilişdə, istərsə də klubda baş tutan mini-konsertdə şou-biznesdə dostluq etdiyi insanların maksimum əylənməsinə şərait yaratdı.

Verilişin aparıcısı Zaur Nəbioğlu Rəhimin dostluğa sadiq bir sənətçi olduğundan fəxrlə danışıb, tamaşaçılardan dəfələrlə onun ünvanına alqışlar istəyirdi. Rəhimli isə öz dünyasında idi. Sərbəst hərəkətləri ilə diqqət çəkən təvazökar ulduz, mahnı oxumaq üçün ayrılan səhnədə gah uşaq kimi ayaqlarını sallayıb rəqs etdi, gah da qıvraq rəqsləri ilə meydanı qızışdırdı. İpə-sapa yatmayan Rəhim Rəhimlinin daha nələr etdiyini görmək istəyənlər bu axşam saat 20:30-da Lider TV ekranlarında yayımlanacaq "Rəngarəng" verilişini izləməyi unutmasınlar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti