...

Qardaşı Röya Ayxanı ağlada biləcəkmi? (FOTO)

Mədəniyyət Materials 7 Sentyabr 2011 16:22 (UTC +04:00)
Tamaşaçıların böyük maraqla izlədikləri "Ulduz oldun" verilişinin yeni mövsümdə qonağı olan populyar estrada müğənnisi Röya Ayxan, çəkiliş zamanı studiyadakı pərəstişkarlarını coşdurdu.
Qardaşı Röya Ayxanı ağlada biləcəkmi? (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Tamaşaçıların böyük maraqla izlədikləri "Ulduz oldun" verilişinin yeni mövsümdə qonağı olan populyar estrada müğənnisi Röya Ayxan, çəkiliş zamanı studiyadakı pərəstişkarlarını coşdurdu.

Tanıınmış teleaparıcı Nanə Ağamalıyevanın təqdimatında ATV-də yayımlanan proqrama gözlənilməz qonaq kimi təşrif buyuran müğənninin qardaşı İsmayıl səmimi sözləri ilə Röyanı heyrətləndirməyə müvəffəq oldu. Məlumatı olanlar bilirlər ki, ulduzlar Nanənin sualları qarşısında etiraf etdikləri zaman əksər hallarda gözyaşlarını saxlaya bilmirlər. Həmişə fərqli ideyaları ilə qonaqlarını təəccübləndirməyə çalışan və bunun öhdəsindən lazımınca gələn teleaparıcı bu dəfə Röya Ayxanı təsirləndirməyin yolunu qardaşını çəkilişə dəvət etməkdə gördü.

Görəsən, Türkiyədə boya-başa çatan, hazırda da həmin ölkədə futbolçu karyerasına başlayan qardaşı Röya Ayxanı ağlada biləcəkmi? Bu və ya digər suallara cavab tapmaqdan ötrü, eləcə də klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun rəhbərlik etdiyi müsiqiçilərin müşayiəti ilə sevimli ulduzun canlı ifalarını dinləməkdən ötrü sabah yayımlanacaq proqramı izləməyə çalışın. "Ulduz oldun" 8 sentyabr gecə saat 23:00-da ATV nümayiş olunacaq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti