...

Rəqqasə Fatimə kiçik toy üçün Antalyadan Amsterdama uçdu

Mədəniyyət Materials 7 Sentyabr 2011 19:06 (UTC +04:00)
Tanınmış rəqqasə Fatimə Fətəliyeva yay aylarının son günlərini Türkiyədə keçirməyə qərar verib.
Rəqqasə Fatimə kiçik toy üçün Antalyadan Amsterdama uçdu

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Tanınmış rəqqasə Fatimə Fətəliyeva yay aylarının son günlərini Türkiyədə keçirməyə qərar verib. Trend-ə qardaş ölkənin Antalya kurort şəhərindən telefonla açıqlama verən Fatimənin sözlərinə görə, gərgin iş qrafikindən bir qədər uzaq olmağın kefini çıxarır.

"Heç kimə sirr deyil ki, sənətçilər il boyu gərgin iş qrafiki ilə işləyirlər. Toylar, el şənlikləri, çəkilişlər çox olduğundan istirahət etməyə imkan tapmırıq. Ona görə də əlimizə imkan düşəndə, fürsət olanda biz də istirahət etməyə çalışırıq. Bu il şəhər səs-küyündən, iş gərginliyindən bir qədər uzaq olmaq üçün Türkiyədə istirahət etməyə qərar verdim. Heç kimə sirr deyil ki, Türkiyə dünyanın ən məhşur istirahət məkanları ilə seçilir. Düzdür, Azərbaycanda da çox maraqlı, gözəl istirahət yerlərimiz var. Bu yay Azərbaycanın bir neçə bölgəsində də imkan tapan kimi istirahət etmişəm. Ancaq Türkiyədə istirahət etmək daha rahatdır, çünki məni orada tanımırlar və rahat istirahət edə bilirəm. Maraqlı istirahət anlarımız oldu. Anam və qızım da yanımda idi. Əsas odur ki, dincəldim", - Fatimə belə dedi.

Söhbət əsasında öyrəndik ki, Göyçək Fatimə bu saatlarda Antalyadan birbaşa Amsterdama yollanıb. "Bu yaxınlarda Niderland paytaxtında yaşayan qardaşım oğlunun kiçik toy mərasimi olacaq. Bir bibi kimi üzərimə düşənləri yerinə yetirmək üçün toyda iştirak edəcəyəm. İnşallah, Bakıya bu ayın sonlarında qayıtmağı düşünürəm", - Fətəliyeva əlavə etdi.

Xəbər lenti

Xəbər lenti