...

Ecazkar Aynişan - "Bambaşqa biri" (FOTO)

Mədəniyyət Materials 27 Sentyabr 2011 18:30 (UTC +04:00)
"Səhnənin hakimi olmaq, tamaşaçıya pozitiv enerji vermək mənim üçün həyat devizi olub" - bu məşhur sözlər türk pop kraliçası Ajda Pekkana məxsusdur.
Ecazkar Aynişan - "Bambaşqa biri" (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Səhnənin hakimi olmaq, tamaşaçıya pozitiv enerji vermək mənim üçün həyat devizi olub" - bu məşhur sözlər türk pop kraliçası Ajda Pekkana məxsusdur. Səbəbsiz yerə estrada müğənnisi Aynişan Quliyevanın fotolarını yayımladığımız xəbərdə bu sitatı vurğulamırıq.

Ajdanın repertuarında illərdən bəri hit kimi yer alan "Bambaşqa biri" mahnısını ifa edən gənc ulduz həqiqətən də ustad türk divası kimi səhnəyə hakim olmağı bacarır. Bu yerdə Aynişanın ecazkarlığını da vurğulamaq yerinə düşür.

Anası, əməkdar artist Aybəniz Haşımovadan dəstək alan müğənni Trend-ə açıqlamasında Ajda Pekkan yaradıcılığından bəhrələndiyini gizlətmədi. "Fikrimcə məşhur estrada müğənnilərinin əksəriyyəti Ajda Pekkan sənətindən yararlanırlar. Mənim üçün fəxredicidir ki, onun mahnılarından bir neçəsini repertuarıma daxil etmişəm. Əgər "Bambaşqa biri"ni Ajda Pekkandan pis oxusaydım, yəqin ki onu üzə çıxarmazdım. Dinləyənlərin əksəriyyəti ifamı müsbət qarşıladılar. Düzdür, öz xırdalıqlarımdan istifadə etsəm də, çalışmışam ki, ən azı mahnını Ajda Pekkan kimi oxumağın öhdəsindən gəlim", - Aynişan belə dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti