...

Azərbaycanlı model 1 milyon ədəd Svarovski qaşla bəzədilmiş gəlinlik geyindi (FOTO)

Mədəniyyət Materials 1 Oktyabr 2011 13:40 (UTC +04:00)
Günay Musayeva bu günlərdə modelyer Hacer Gündayın təşkil etdiyi moda nümayişində podiuma çıxıb.
Azərbaycanlı model 1 milyon ədəd Svarovski qaşla bəzədilmiş gəlinlik geyindi (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Tanınmış azərbaycanlı model, "Best Model of the World" müsabiqəsinin vitse-gözəli Günay Musayeva bu günlərdə modelyer Hacer Gündayın təşkil etdiyi moda nümayişində podiuma çıxıb. Trend-ə İstanbuldan telefonla məlumat verən Günay bildirdi ki, kolleksiyanın ən maraqlı gəlinlik libası məhz onun təqdimatında nümayiş olunub.

"10 müxtəlif Osmanlı sultanının geyimlərinin elementlərini özündə cəmləşdirən 250 min metr uzunluğunda olan gümüş ipdən istifadə olunan bu gəlinliyin hazırlanmasında 1 milyon ədəd Svarovski qaşdan istifadə olunub. Satış qiyməti 200 min avro müəyyənləşdirilən libas onu görənləri heyrətləndirdi. Türk media mənsubları həyat yoldaşım Tolga Karellə çaldıracağımız toyda bu libası geyinib-geyinməyəcəyimlə maraqlandılar. Ancaq vəd etdiyimiz kimi, oktyabrda olacaq toyumuzun geyimləri özündə Osmanlı adətlərini əks etdirəcək", - Günay Musayeva belə dedi.

Xəbər lenti

Xəbər lenti