...

Prikol-taym! Kökəlmək arzusunda olan müğənni teleaparıcıdan imdad dilədi (FOTO)

Mədəniyyət Materials 28 Oktyabr 2011 16:49 (UTC +04:00)
"Prikol-taym!" layihəsində ilk dəfə iştirak edən tanınmışların sırasına ATV-də "Süfrəmiz" verilişinin populyar aparıcısı Mirsalam Mirsalamovla xanəndə-müğənni Mətanət Əsədova da öz adlarını yazdırdı.
Prikol-taym! Kökəlmək arzusunda olan müğənni teleaparıcıdan imdad dilədi (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Prikol-taym!" layihəsində ilk dəfə iştirak edən tanınmışların sırasına ATV-də "Süfrəmiz" verilişinin populyar aparıcısı Mirsalam Mirsalamovla xanəndə-müğənni Mətanət Əsədova da öz adlarını yazdırdı. Təşkil olunan məclislərin birində görüşən cütlük bir-birilərinə mehriban münasibət göstərmələri ilə Trend-in fotokamerasının obyektivinə tuş gəldi. Mirsalamı görüncə iti addımlarla onun masasına yaxınlaşan Mətanət imdad diləyən təsiri bağışlayırdı. Hardasa 5 dəqiqə davam edən söhbət o qədər pıçıltı ilə aparılırdı ki, kənardan nə haqqında danışdıqlarını ayırd etmək çox çətin idi. Bu səbəbdən biz Mirsalama səslənib, "olmaya Mətanət arıqlığından bezdiyi üçün səndən məsləhət alırdı", - dedik. Gülüşünü gizlətməyən teleaparıcı "özü də necə. İmdad diləyirdi ki, ona kökəlməyin yollarını göstərim", - dedi.

Yəqin ki, ən baxımlı mətbəx şousunun aparıcısı yaxın günlərdə xanım Əsədovanı öz verilişində qonaq edib həm müğənniyə, həm də kökəlmək arzusunda olan tamaşaçılara dəyərli məsləhətlər verməkdən imtina etməz.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti