...

Azərbaycanın mədəniyyət və turizm naziri aktyorları nizam-intizamlı olmağa çağırıb

Mədəniyyət Materials 28 Dekabr 2011 11:44 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri aktyorları nizam-intizamlı olmağa çağırıb.
Azərbaycanın mədəniyyət və turizm naziri aktyorları nizam-intizamlı olmağa çağırıb

Azərbaycan, Bakı, 28 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın mədəniyyət və turizm naziri aktyorları nizam-intizamlı olmağa çağırıb.

"Hər bir teatr xadimi böyük kollektivin üzvüdür. Və onun əməkdar, xalq artisti olmağından asılı olmayaraq, o, teatrın müəyyənləşdirdiyi nizam-intizam qaydalarına əməl etməlidir", - Trend-in məlumatına görə, Azərbaycan Dövlət Dram Teatrının aktyorları Rafael Dadaşov, Ramiz Novruz və Məleykə Əsədovanın məşqə gecikdiklərinə görə ciddi xəbərdarlıq almalarına münasibət bildirərəkən nazir Əbülfəs Qarayev çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, teatr kollektivlərinin tərkibində müəyyən dəyişikliklər edilir, həmçinin intizamın gücləndirilməsi üzrə işlər görülür.

Xəbər lenti

Xəbər lenti