...

Azərbaycan kitabxanalarına insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi tapşırığı verilib

Mədəniyyət Materials 9 Yanvar 2012 11:14 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə fəaliyyət göstərən şəhər, rayon mərkəzi kitabxanalarına tapşırıqlar verib.
Azərbaycan kitabxanalarına insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi tapşırığı verilib

Azərbaycan, Bakı, 9 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə fəaliyyət göstərən şəhər, rayon mərkəzi kitabxanalarına tapşırıqlar verib.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində kitabxanalara da insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair tapşırıqlar verilib.

Sözügedən Milli Fəaliyyət Proqramının icrası məqsədi ilə şəhər, rayon mərkəzi kitabxanalarında yaradılmış hüquqi-informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməli, mərkəzlər mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirilməlidir. Kitabxanalar bu barədə Nazirliyin Kitabxana sektoruna mütəmadi məlumat verməlidirlər.

Xəbər lenti

Xəbər lenti